Bakıda kitabxanaçılar üçün xüsusi təlim keçiriləcək

img

24-08-2015 [10:43]


Dövlət və özəl təhsil müəssisələri (universitetlər, məktəblər) eləcə də, digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün "Elektron Kitabxana İdarəedilməsi” mövzusunda təlim keçiriləcək.

Mia.az xəbər verir ki, xüsusi olaraq kitabxanaçılar üçün nəzərdə tutulmuş təlimdə ALİSA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq. Təlimdə müasir kitabxana işində zəruri olan 3M qurğuları barədə məlumatlar veriləcək.

Təlimdə iştirak edəcək kitabxanaçılar işinin asanlaşdırılması, kitabxanalarda yüksək texnologiyaların tətbiqi, kitabxana idarəetməsində lazımi sistemlərin tətbiqi, elektron kitabxana, onlayn kitabxanaların qurulması, kitabxana sistemlərinin fərqləri və s. faydalı məlumatları əldə edəcəklər. Təlim peşəkar mütəxəssislər tərəfindən keçiriləcək. Təlimdə iştirak pulsuzdur. Təlim iştirakçılarına sertifikat təqdim olunacaq

Qeyd edək ki, sistem Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan bir neçə Bakı və rayon kitabxanalarda, Gəncə Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə kompanenti tətbiq edilib.

ALISA (Automated Library Information System of Azerbaijan) sistemi kompleks bir layihə kimi Azərbaycanın Kitabxana sistemini inkişaf etdirmək üçün yaradılmışdır.

Onu da qeyd edək ki, ALISA sistemi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında "Ultra Technologies” şirkəti tərəfindən işlənib hazırlanmışdır.

Təlim 17 sentyabr 2015-ci il saat 10:00-da başlayacaq. İştirak etmək istəyənlər öncədən qeydiyyatdan keçməlidir.

Qeydiyyat üçün aşağıdakı linkə daxil olub anketi doldurmaq lazımdır:

seminar.ultra.az/alisa


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR