Habil Əliyev xəstəxanadan evə buraxıldı - “Özü xahiş etdi“

img

22-08-2015 [11:41]


Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyev xəstəxanadan evə buraxılıb.

Bu barədə AzNews.az-a açıqlamasında sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib.

O, bildirib ki, H.Əliyev Mərkəzi Klinik Xəstəxanadan öz istəyi ilə ayrılıb:
"Bütün həkim personajı bizdə, Habil müəllimin başının üstündədirlər. Özü evi istədi, orada qalmaq istəmədi. Biz də onun xahişini nəzərə alıb xəstəxanadan evə gətirdik. Gözü açıqdı, uşaqlarını görür. Çətinliklə də olsa sözlərini başa düşürük”.

Xatırladaq ki, Habil Əliyev ağciyər və ürəkçatışmazlığından əziyyət çəkir. Xalq artistinin səhhəti ilə əlaqədar Türkiyədən Azərbaycana həkim briqadası gətirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR