“Bu gün “Qəbələ”dən qələbə gözləyirəm”- Cavid Hüseynov

img

20-08-2015 [21:41]


Bu gün vəkil Adəm Məmmədov Bakı İstintaq Təcridxanasında "Qəbələ" klubunun həbsdə olan sabiq kapitanı Cavid Hüseynovla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə report-a vəkilin özü məlumat verib.

Onun sözlərinə görə, Cavid Hüseynov görüşdə saxlanma şəraitindən narazılıq etməyib: "Cavid Hüseynov bu gün "Qəbələ"nin "Panatinaikos" (Yunanıstan) klubu ilə keçirəcəyi görüşdən qələbə gözlədiyini bildirib. C.Hüseynov dedi ki, "Qəbələ" bu gün qələbə qazanacağı təqdirdə məni çox sevindirəcək".

Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR