Xalq artistinin ayağı amputasiya edildi

img

11-08-2015 [15:26]


Xalq artisti Muxtar Maniyev bir saat bundan əvvəl əməliyyat olunub. Əməliyyat zamanı onun sol ayağı pəncədən aşağı amputasiya olunub.

Bu barədə AzNews.az-a aktyorun həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib.

Onun sözlərinə görə, M.Maniyev hazırda Elmi-Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsindədir: "Gözləyirik, başqa yolumuz da yoxdur. Vəziyyəti yaxşı deyil”.

N.Maniyeva ailəsi adından Səhiyyə Nazirliyinə və Elmi-Cərrahiyyə Mərkəzinin direktoru Yusif Əliyevə təşəkkür edib: "Onların zəhməti danılmazdır”.

Qeyd edək ki, Muxtar Maniyevin səhhəti avqustun 6-da kəskin pisləşib və onu Elmi-Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriblər.

Qeyd edək ki, M.Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir.


Digər xəbərlər
SON XƏBƏRLƏR