AFFA-dan ölən jurnalistlə bağlı - Bəyanat

img

10-08-2015 [14:05]


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) avqustun 8-də Bakıda jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alması və avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat etməsi ilə əlaqədar bəyanat yayıb. 

Bəyanatda AFFA mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pislədiyi bildirilib. "AFFA hüquq mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - bəyanatda qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR