08-08-2015 [12:14]
Bəyanatı olduğu kimi təqdim edirik:
"Dünən Azərbaycan futbolu növbəti tarixi günlərindən birini yaşadı. "Qəbələ” Kipr təmsilçisi "Apollon” üzərində layiqli zəfər əldə edərək Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı.
Hələ ötən həftə Kiprdə keçirilmiş görüş uzun müddət mətbuatın gündəmində qalmışdı; təkcə komandamızın çətin səfərdən sərfəli hesabla qayıtması yox, həmçinin kiprli azarkeşlərin qeyri-etik və təxribat xarakterli hərəkətləri əsas müzakirə mövzusu olmuşdu. Bildiyiniz kimi, oyun ərzində meydançaya saysız-hesabsız yad əşyalar atan yerli azarkeşlər Azərbaycan bayrağını təhqir etmişdilər. Yalnız klubumuzun yerində müdaxiləsi nəticəsində üçrəngli bayrağımızı yandırmaqdan çəkinmişdilər, lakin parçalanmış Azərbaycan bayrağı oyun başa çatanadək kiprlilərin açıq təhqirinə məruz qalmışdı. Hətta təzyiq və təhqirlər nəticəsində baş hakim komandamıza ola biləcək hücumların qarşısını almaq üçün oyuna 15 dəqiqə fasilə vermişdi.
Bu hadisələrin fonunda cavab matçının prinsipiallığı daha da kəskin hal almışdı. Kiprlilərin qeyri-etik hərəkətlərinə baxmayaraq, azarkeşlərimiz UEFA-nın əsas tələblərindən olan "Respect” prinsipini qorumağı bacardılar. Matç ərzində heç bir ölkənin atributu təhqir olunmadı və polisin bütün göstərişləri qeyd-şərtsiz yerinə yetirildi. Oyunu izləyən 10 mindən artıq azarkeş öz enerjisini komandamızı dəstəkləməyə sərf edərək prinsipial qarşılaşmanın qələbə ilə başa çatmasında böyük pay sahibi oldu. Təbii ki, belə vacib oyunda qazanılan qələbə azarkeşlərimiz tərəfindən ikiqat sevinc və çılğınlıqla qarşılandı.
Bu çılğınlıq qaydalar çərçivəsini qətiyyən aşmasa da, təəssüflə bildirmək istəyirik ki, sadə insanlar polis təzyiqinə məruz qaldılar. Xüsusən də, fan-klubların toplaşdığı sektorlar ətrafında say çoxluğu təşkil edən polis nəfərləri futbolsevərləri sevimli komandalarını qələbəyə səsləməyə imkan vermir, sakitcə yerlərində oturub futbola tamaşa etməyə məcbur edirdilər. Polis 90 dəqiqə ərzində fəallıq göstərən fanatlara fiziki müdaxilə edərək tribunadan uzaqlaşdırırdı.
Vəzifəsi tribunlarda təhlükəsizliyi təmin etmək olan polis oyunboyu göstərdiyi aqressiyanı final fitindən sonra dəhşətli həddə çatdırdı. Belə ki, hadisəyə dair şəkil və videolarda göründüyü kimi, mənasına izah verə bilmədiyimiz zorakılıqla yeniyetmə azarkeşlərimizi dəyənəklə döyməkdən, hətta tribunanın yuxarı mərtəbəsindən aşağı atmaqdan çəkinmədilər. Bunun nəticəsində bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildi. Xoşbəxtlikdən zərərçəkmişlərin vəziyyəti hazırda qənaətbəxşdir.
Lakin hadisənin miqyası yalnız bir neçə şəxsin xəsarət alması ilə yekunlaşmır, həmçinin ölkəmizdə idman yarışlarına azarkeş dəstəyinin artmasına ciddi şəkildə zərbə vurur. Ölkəmizdə idmanın inkişafda olduğu bir dövrdə - dünənki hadisə də daxil olmaqla - idmanda hər cür zorakılığın əleyhinə olduğumuzu bəyan edirik.
"Qəbələ" İK olaraq tribunaların təhlükə mənbəyi deyil, azarkeşlərin dostluq və istirahət məkanı olmasının tərəfdarıyıq. Azarkeşlərimizi ruhdan düşmədən bundan sonra da komandamıza dəstək olmaq üçün tribunalarda öz yerlərini tutmağa çağırırıq”.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)