Tale Heydərov yeni transferin anonsunu verdi – Video

img

07-08-2015 [14:39]


"Qəbələ” klubunun prezidenti Tale Heydərovun müsahibəsinin videosu yayılıb. 

Mia.az Qol.az-a istinadən xəbər verir ki, klub prezidenti "Appolon” üzərində möhtəşəm qələbədən sonra gələcək planlar haqda danışıb. "Komanda sağ olsun ki, bura qədər irəliləyə bildi. Bundan sonrakı mərhələni keçmək daha da çətin olacaq. Ancaq məqsədimiz pley-offu da keçmək və qrupa düşməkdi. Oyunçular da əllərindən gələni edəcəklər ki, uğur qazansınlar. Yeni futbolçunun transferi mümkündür. Hazırda bu istiqamətdə danışıqlar gedir. Hücumameyilli bir futbolçunun keçidini həll etmək istəyirik. Bununla bağlı məşqçilərlə söhbət etmişik”. T.Heydərov qeyd edib ki, növbəti ev oyunundaha böyük stadionda keçirilməsi gündəmdədir: "Biz istənilən arenada oynamağa hazırıq. "Bakcell Arena”da da azarkeşlər gəlir dəstəkləməyə. Ümid edirəm ki, digər stadionlara da gələcəklər. Yeri gəlmişkən, bütün azarkeşlərimizə təşəkkür edirik, bizi tək qoymadılar”. 



Digər xəbərlər
SON XƏBƏRLƏR