Türkiyə PKK-nı məhv edir - Partiya sədrinin qardaşı da öldürüldü

img

01-08-2015 [11:47]


Türkiyədə PKK terror təşkilatına qarşı hərbi əməliyyatlar davam edir.
 
APA-nın xəbərinə görə, iyulun 31-də "Şəhid Həmzə Yıldırım" adı verilən əməliyyatda 28 hərbi təyyarə PKK-nın 65-dən çox mövqeyinə havadan zərbə endirib. Bombalanan yerlər arasında terrorçuların sığınacaqları, ərzaq və silah anbarları, mağaralar var.
 
Bundan başqa, iyulun 30-da keçirilən əməliyyatın detalları məlum olub. "Şəhid İbrahim Tanrıverdi” adı verilən həmin əməliyyat zamanı 80 hərbi təyyarə PKK-nın 100-dən artıq mövqeyini bombalayıb.
 
PKK-ya qarşı keçirilən əməliyyatlarda indiyədək 260 terrorçu məhv edilib, 400-dən çox PKK üzvü isə yaralanıb. Yaralananlar arasında Türkiyə Xalqların Demokratik Partiyası (HDP) həmsədri, millət vəkili Səlahəddin Dəmirtaşın Nurəddin Dəmirtaş da var.
 
Türkiyə hökuməti əməliyyatların davam edəcəyini bəyan edib.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl verdiyi açıqlamasında S. Dəmirtaşın qardaşının İraqın şimalındakı PKK düşərgələrində olduğunu bildirmişdi.

PKK-nın mövqeləri vurulub, Səlahəddin Dəmirtaşın qardaşı yaralanıb

Digər xəbərlər
SON XƏBƏRLƏR