Tale Bağırov azadlığa çıxdı

img

31-07-2015 [11:09]


"Müsəlman Birliyi Hərəkatı"nın sədri, ilahiyyatçı Tale Bağırov gecə saatlarında azadlığa buraxılıb.

Strateq.az xəbər verir ki, Tale Bağırov azadlığının ilk anında mətbuat qarşısına çıxıb, məhbəs həyatında qarşılaşdığı işgəncələrdən, gələcək planlarından danışıb. Jurnalistlərin suallarını cavablandıran keçmiş məhbus həbsini və gördüyü ağır işgəncələrin səbəbini oxuduğu tənqidi xütbələrlə izah edib və bu cür yollarla əqidə adamını öz yolundan döndərməyin mümkün olmadığını bildirib.

Tale Bağırovun bu gün "Həzrət Əbülfəzl” məscidində qılacağı cümə namazında və daha sonra avqustun 1-də "Mədinə Gülü” restoranında tərəfdarlarıyla görüşü gözlənilir.

Onun mətbuat nümayəndələriylə görüşündən çəkilmiş video-çarxları təqdim edirik. 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR