“Ailə” TV-nin yeni saytı istifadəyə verildi

img

30-07-2015 [18:37]


"Ailə” TV iyulun 30-dan yeni, daha funksional saytla xidmət göstərir. aile.tv ünvanında yerləşən saytda abunəçilərin rahatlığı üçün geniş imkanlar yaradılıb.

"Caspian Telecom”un mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, yeni sayt həm mobil, həm də stasionar cihazlarda istifadə üçün adaptasiya olunub. Hazırda "Ailə TV" abunəçiləri və potensial müştərilər yeni saytda istədikləri məlumata rahat şəkildə çatacaq, həmçinin şirkətin xidmətlərini və məhsullarını onlayn sifariş edə biləcəklər.

Bu saytda "Caspian Telecom” şirkətinin bütün xidmətləri cəmləşdirilib və dörd əsas bölmədə - "Ailə” TV, "Ailə NET”, "AiləTV Player” və korporativ şəbəkədə göstərilib. İstənilən bölməyə keçib müvafiq məlumat almaq və xidmətlərə qoşulmaq mümkündür. Bundan əlavə, abunəçilərin rahatlığı üçün tez-tez yaranan suallardan ibarət FAQ bölməsi də yaradılıb. Burada saytın izləyiciləri yarana biləcək suallara hazır cavab əldə edə biləcəklər. Şirkətin bütün xidmətləri haqqında ən son yeniliklər və xəbərlər isə xəbərlər blokunun "twitter" bölməsində paylaşılır.




Digər xəbərlər
SON XƏBƏRLƏR