“Qadinlar Gələcək Uğrunda” İctimai Birliyi həkimləri və polisləri bir araya topladı

img

29-07-2015 [14:42]



"Qadinlar Gələcək Uğrunda ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə " Polis və səhiyyə işçilərinin məişət zorakılığı ilə mübarizə sahəsində maarifləndirilməsi” adlı layihə həyata keçirir.

Layihənin məqsədi polis və səhiyyə işçilərinin məişət zorakılığı ilə mübarizə sahəsində profesionallığını artırmaq yolu ilə məişət zorakılığının profilaktikasanı gücləndirməkdir.

Layihə çərçivəsində tədbir iyulun 28-29 2015 ci il tarixində Şamaxı rayonunda, keçirildi.

"Qadinlar Gələcək Uğrunda” İctimai Birliyinin sədri Abuhəyat Abdullayevanın verdiyi məlumata görə, təlimlərdə iştirakçılar məişət zorakılığının mahiyyəti, formaları, onun hüquqi, tibbi, sosial fəsadları haqqındasöhbət aparıldı.

Məişət zorakılığı ilə mübarizəyə aidiyyatı olan müvafiq dövlət qurumları, psixoloqlar, sosial işçilər və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin qurulması məsələlərli ilə bağlı biliklər paylaşıldı.


Digər xəbərlər
SON XƏBƏRLƏR