Ramiz Zeynalovun işçisindən Ramil Usubova şikayət

img

29-07-2015 [14:13]


DYP əməkdaşlarının törətdiyi qanunsuz əməllər, özbaşınalıqlar haqda mətbuatda tez-tez- materiallar dərc edilib ,icimaiyyətə çatdırılsa da bu sahənin işçiləri özbaşınalıq etməkdən nə yorulur nə də çəkinir.

İlk cümləmizdən də aydın olduğu kimi bu dəfə də Dyp əməkdaşları öz əməllərindən qalmır. Biləsuvar rayon Çaylı kənd sakini Əfqan Aslanovun redaksiyamıza ünvanladığı şikayət bunu deməyə əsas verir. Şikayətçi Bolgexeber.com-a yolladığı məktubda Göytəpə YPX inspektoru İlham Ağayevdən narazılığını bildirir. Onun sözlərinə görə bu ilin aprel ayında –daha dəqiq 13 aprel tarixində 99- YL-186 dövlət nömrə nişanlı "Chevrolet” markalı avtomobilində Masallıdan Biləsuvara yollanan zaman Göytəpə postu yaxınlığında saxlanıb və ötmə əməliyyatı etdiyi deyilib. Əfqan bildirir ki , o , hər hansı qayda pozuntusu etmədiyini söyləyib və görüntüləri tələb edib. Bu zaman isə inspektorun kobudluğu və qanuna zidd hərəkətilə üzləşib. Belə ki , İlham Ağayev ona heç bir görüntü təqdim etməyəcəyini deyib.

Şikayətçinin sözllərinə görə , o , Ramil Usubova şikayət edəcəyini bildirib. İlham Ağayevin verdiyi cavab isə sərt və gözlənilməz olub. O , sürücünü təhdid edib və söyləyib ki , heç kəsdən qorxusu yoxdur. Atası məmurdur və istənilən şikayətdən pul verib qurtula bilər. Bundan sonra isə inspektor protokol tərtib edib. Əfqan Aslanov qeyd edir ki , artıq bu məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova şikayət ünvanlayacaq. Xatırladaq ki , bu Göytəpə YPX inspektoru İlham Ağayevin ilk özbaşınalığı deyil. Bənzər hallar daha öncə də təkrarlanıb. BTV.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR