“Bankların bağlanması katalikizmlərə cəbhə ola bilər” - Qubad İbadoğlu

img

29-07-2015 [11:36]


"Bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat təşkil edir. Əgər Mərkəzi Bank qısa müddətli dövrdə pul-kredit siyasətini düzgün tənzimləməzsə, bankların mövcud problemləri ciddi sosial fəsadlar və iqtisadi çətinliklər yarada bilər”.

Mia.az xəbər verir ki, bunu özünün facebook səhifəsində iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Bank-müştəri münasibətlərində gərginliyin getdikcə artması, qeyri-qənaətbəxş və təhlükəli kreditlərin həcminin çoxalması, əmanətlərin azalması və sürətlə dollarlaşması, bank sektorunun aktivlərinin azalması və xarici borcunun qalıq məbləğinin cəmi öhdəliklərdə payının yüksəlməsi və digər neqativ tendensiyalar Mərkəzi Bankdan ciddi və təxirəsalınmaz qərarların qəbulunu tələb edir:


"Statistik məlumatlara görə, 2013-cü ildə əhalinin yetkinlik yaşına çatmış hər 1000 nəfərinin 1,244 ədəd, 2014-cü ildə 1259, 2015-ci ilin I-ci rübün sonuna 1273 ədəd kredit və əmanət hesabı olub. Bu o deməkdir ki, hər bir Azərbaycan əhalisi bu və digər formada banklarla təmasdadır. Odur ki, bankların bağlanması və ya muflis olması cidd sosial katalikizmlərə gətirib çıxara bilər”.

Q.İbadoğlu hesab edir ki, bəzi bankların problemi yalnız daxildə müştərilərlə deyil, həm də xaricdəki maliyyə institutları arasında da müşahidə olunur:

"31 mart 2015-ci il tarixinə Azərbaycan bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat və ya cəmi öhdəliklərin 22%-ni təşkil edib. Manatın xüsusilə kəskin devalvasiyasından sonra bankların xarici valyutalarla götürülən öhdəliklərini yerinə yetirməsində qarşılaşdığı çətinliklər onların maliyyə durumunu getdikcə pisləşdirməkdədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR