Prezident azərbaycanlı müğənniyə Xalq artisti adı verdi

img

27-07-2015 [23:55]


Azərbaycanın və Dağıstanın əməkdar artisti Ədalət Şükürov Dağıstanda xalq artisti adına layiq görülüb.

Day.az-ın məlumatına görə, sənətçi deyib ki, dünən böyük təqdimatla şəxsən Dağıstanın prezidenti Ramazan Abdulatipov tərəfindən təltif olunub. Bundan başqa ona "Dağıstanda xidmətlərinə görə" medalı da təqdim edilib.

Bu hadisə Dağıstan Respublikasının konstitusiyası gününə təsadüf edib.

Sənətçi onu da əlavə edib ki, 2000-ci ildən etibarən mütəmadi olaraq bu ölkənin əhəmiyyətli tədbirlərində çıxış edir. Onların arasında Dərbəndin ad günü, "Gənclər Günü", Respublika və konstitusiya günü və digər bu kimi əhəmiyyətli tədbirlər var.

Dağıstan höküməti "Xalq artisti" adına görə sənətçiyə 4500 rubl aylıq müavinət, Mahaçqala şəhərinin ətrafında 10 sot torpaq sahəsi ayırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR