"O gürüntülərdəki şəxs mən deyiləm..." - Teleaparıcı

img

27-07-2015 [16:53]


ANS-in keçmiş aparıcısı Zəhra Rüstəm-Osmanova xəbər saytlarından bəzilərini məhkəməyə verir.

Bu barədə aparıcı öz "Facebook” hesabında məlumat verib. Z.Osmanova ANS televiziyasından iki il bundan əvvəl uzaqlaşdığını qeyd edib:

 "Mənim barəmdə qərəzli və səhv məlumat verdiklərinə görə, "Mia.az” və "Qaynar.info” saytlarını məhkəməyə verirəm. Hazırda Gəncədəyəm və Bakıya yola düşürəm. Hər bir sayt öz cəzasını alacaq”. 

Qeyd edək ki, bu gün bəzi saytlarda "ANS-in aparıcısı lüt soyundu - FOTOLAR+18” başlıqlı yazı dərc olunub. 

Yazıda bildirilib ki, ANS-in "Ağıl dəryası" verilişinin aparıcısı Zəhra-Rüstəm Osmanovanın "Yeni Gallery” Bakı İncəsənət Mərkəzində "Üç künc” adlı ailə sərgisində nümayiş olunan fotoları hələ də müzakirə mövzusudur.

Zəhra Rüstəm-Osmanovanın əl işləri olan fotolarda diqqəti çəkən məqamlar məhz açıq-saçıqlıq olub. Hətta erotikliyə çox yer verilən şəkillərin bir neçəsinin sərgidə nümayişinə icazə verilməyib.

Məsələ ilə bağlı Z.Rüstəm-Osmanova mətbuata açıqlama verərək əsərlərdəki şəxsin özü olmadığını deyib: "Məlumatlarda adıçəkilən sərgi iki əvvəl keçirilib. Mən həmin sərgidə əsərlərimi nümayiş etdirmişəmsə, bu o demək deyil ki, həmin fotolardakı şəxs mənəm. O gürüntülərdəki şəxs mən deyiləm. İki il əvvəlki tədbir barədə dünən olubmuş kimi xəbər yaymaq və üstəlik həmin məlumatlara şəxsimə yönəlik təhqiredici başlıqlaqlar qoymaq təkcə peşəkarlıq səviyyəsini göstərmir. Bu həm də mənəviyyatdan uzaq davranışdır”(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR