AZAL-dan noutbuk qadağası ilə bağlı - Açıqlama

img

27-07-2015 [13:01]


AZAL sərnişinlərə qoyulan noutbuk qadağasına aydınlıq gətirib. 

AZAL-ın mətbuat xidmətindən bildirilib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır: 

"Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb. Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır"
(Qafqazinfo).

Qeyd edək ki, dünən Naxçıvana uçan sərnişindən noutbukunun geri alınması ilə bağlı saytlarda xəbər yayılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR