“Türkiyə İŞİD ilə qonşu olmaq istəmir” - Davudoğlu

img

27-07-2015 [11:29]


"Türkiyə İŞİD ilə qonşu olmaq istəmir”.

Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Türkiyənin məqsədi Suriyada İŞİD döyüşçülərindən azad edilmiş zonada bu ölkənin mötədil müxalifət qüvvələrini yerləşdirməkdir.

Baş nazir qeyd edib ki, İŞİD ilə bağlı Türkiyə və ABŞ-ın fikir ayrılığı olsa da, tərəflər arasında bununla bağlı bəzi razılaşdırılmış məsələlər var.

Ə.Davudoğlu bildirib ki, Türkiyə hazırda Suriya ərazisində İŞİD döyüşçülərinə qarşı quru əməliyyatların keçirilməsini nəzərdən keçirmir(Trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR