Partiya 3 jurnalisti mükafatlandırdı

img

21-07-2015 [17:41]


Demokratik İslahatlar Partiyasının Siyasi Şurası Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafata 2015-ci ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb. 
 
Partiyanın mətbuat xidmətinin məlumatına görə, qərara əsasən sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:
 
1. Xaqani Səfəroğlu (Strateq.az) -  ictimai-siyasi mövzularda peşəkar məqalələrinə görə
 
2. Dilqəm Əhməd ("Gündəlik teleqraf” qəzetinin redaktoru) - Azərbaycanın milli-mədəni  və ədəbiyyat tarixinə dair araşdırmalarına görə
 
3. Cəmilə Ələkbərova ("Exo” qəzeti) - sosial və humanitar sahədəki obyektiv yazılarına görə
 
Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.
 
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü  və milli mətbuatımızın yaranmasınını 140 illiyi münasibətilə təbrik edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR