Roya ilə bağlı daha bir xəbər - iş adamı 2 milyonluq dələduzluqda ittiham olundu (FOTOLAR)

09-07-2015 [17:45]
Müğənni Röyanın məşhur "Son görüş" mahnısının sözlərinin müəllifi, iş adamı Azad İsayev milyonluq cinayət törədib. 

Milli.az xəbər verir ki, hazırda Türkiyədə yaşayan A.İsayevin barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Sonradan cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2 000 000 manat məbləğində dələduzluq etdiyi bildirilir. 


Azad İsayev

Qeyd edək ki, bir müddət əvvəl A.İsayevin İstanbul şəhərində ağır yol qəzası nəticəsində öldüyü xəbəri yayılmışdı. Ölüm xəbəri yayılan İsayev bunun ardınca Tvitter səhifəsində açıqlama verərək sağ olduğunu bəyan etmişdi.

Bir sıra tanınmış müğənnilərin ifa etdiyi mahnıların sözlərini yazan A.İsayevin müğənni Röya ilə gizli münasibətinin olduğu da iddia olunurdu.

İki il əvvəl isə Azad İsayevin ilk həyat yoldaşından ayrıldığı və yenidən evlənməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdı. Onun birinci həyat yoldaşı aktyor Bəhram Bağırzadənin baldızıdır. İlk evliliyindən Mədinə adlı qızı var. 

Tərəflər arasında münaqişənin yaranmasına səbəb isə bir müddət öncə Azad İsayevlə müğənni Röyanın səmimi şəkildə yayılan fotoları olub. Bu barədə şairin özü mətbuata açıqlamasında etiraf edib.





Xatırladaq ki, Azad İsayev 2012-ci ilin iyul ayından Azərbaycanı bir dəfəlik tərk etmişdi. Populyar mahnıların söz müəllifi ailəsi ilə birlikdə İstanbulda yaşayırdı. Azərbaycanda olduğu kimi, İstanbulda da beynəlxalq yükdaşımalar şirkətində direktor vəzifəsində işləyib. 

İş adamı, Elnurun "Səni xatırladır”, Şeron qrupunun "Sevmirəm daha”, Zamiqin "Sonunu bilə-bilə”, Elçin Şirinin "Sən demə”, Röyanın "Sevgiyə bax”, "Son görüş” ,"Ağla" və digər mahnıların müəllifi olub.


SON XƏBƏRLƏR