Sumqayıt sakini icra başçısından kömək istəyir -VİDEO

img

03-07-2015 [15:43]


umqayıt şəhər 18-ci mikrorayonda yaşayan Adil Piriyev çətin şəraiti, dolanışıq yerinin olmaması ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına müraciət edib. O qeyd edib ki, təkbaşına 7 baş ailəni saxlayır, özü 2-ci qrup əlildir və üstəlik ondan başqa evində 4 əlil var. Onların 2-si uşaqdır. Əlavə edib ki, ailəsinin yeganə dolanışıq yeri sahib olduğu 8 kvadratmetrlik bir dükan idi, o dükan da xeyli müddətdir fəaliyyətsizdir. Çünki maddi imkanı yoxdur, onu səliqəyə salsın, ətrafını abadlaşdırsın, müəyyən qədər də genişləndirsin. Bu məqsədlə o, bir neçə dəfə şəhər bələdiyyəsi və şəhər İcra Hakimiyyətinə məktublar yollayıb. Müvafiq qurumlıar da onu yönləndirib Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə. Oradan isə bir kömək yoxdur. Nə eşidən var, nə də dəstək olan.

Odur ki, A.Piriyev Sumqayıt TV vasitəsilə şəhər icra başçısı Eldar Əzizova müraciət etmək qərarına gəlib.

Elnur Ağayev, Coşqun Məmmədov

Sumqayıt TV


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR