Şəhid ailələri və Qarabağ müharibəsi veteranları və icra orqanları arasında münasibətlər müzakirə olunub

img

03-07-2015 [14:40]


Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək ictimaiyi birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Şəhid ailələri və Qarabağ müharibəsi veteranları və icra orqanları arasında həssas davranışa əsaslanan əməkdaşlığın qurulması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. Layihə işi üzrə üçüncü tədbir iş qrafikinə uyğun olaraq, 30 iyun tarixində Ağcabədi rayonunda Qarabağ müharibəsi əlilləri və veteranları ilə icra orqanları arasında həssas davranışa əsaslanan əməkdaşlıqla bağlı tədbir keçirilmişdir. Tədbirdə 25 nəfər Qarabağ müharibəsi əlilləri və veteranları, yerli icra orqanları nümayəndələri iıtirak etmişlər. Tədbir yüksək səviyyədə qarşılıqlı anlaşma şəraitində keçirilmişdir.
Bu layihənin həyata keçirilməsində əsas məqsəd, şəhid ailələri, əlilləri və Qarabağ müharibəsi əlilləri və veteranları ilə icra orqanları arasında həssas davranışa əsaslanan əməkdaşlığın qurulmasına və onların problemlərinin daha sivil yolla həllinə nail olmaqdır.  Respublikamızda dövlət tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial problemlərinin həlli istiqamətində ciddi tədbirlər görülür. Bu təbəqədən olan insanların sosial problemlərinin həlli üçün müvafiq qanunvericilik bazası  yaradılıb. İstər paytaxtda, istərsə də regionlarda şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün yeni mənzillər tikilib. Həssas təbəqədən olan bu insanlara yeni avtomobillər verilib. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının daha da  artırmaq üçün əlilliyi olan şəxslərin avtomobil və mənzillə təminatı işlərinin sürətləndirilib. Amma yerlərdə bəzən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri və veteranlarının işsizlik, səhiyyə, mənzil-məişət problemlərinin həllində narahatlıqlar yaşanır. Belə ki, bu insanlar ağır döyüşlərdə iştirak etmiş, döyüş yoldaşları gözlərinin önündə  həlak olmuş, yaralanaraq əlil olmuş, ermənilərin törətdikləri vəhşiliklərin şahidi olduqlarından, yaxınlarını itirdiklərindən ciddi əsəb sarsıntısı keçiriblər. Hədsiz dərəcədə səbirsiz, hövsələsiz və əsəbləri gərgin vəziyyətdə olan bu insanlarla münasibətdə həssas davranış göstərilməsinə ehtiyac var. Amma yerli icra orqanlarında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri və veteranları ilə davranışlarda bəzən problemlər meydanı çıxır. 

Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyi hesab edir ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin problemlərinin daha effektiv və qısa zamanda həlli üçün bu təbəqədən olan insanlarla icra orqanları arasında həssas davranışa əsaslanan əməkdaşlıq qurulmalıdır. 



Digər xəbərlər
SON XƏBƏRLƏR