“Space” qalmaqallı verilişini bağladı

img

02-07-2015 [16:28]


3 gün öncə qalmaqal baş vermiş "Space” televiziyasının "Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib. 

Bunu Trend-ə "Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib. İyunun 30-da "Space” televiziyasında yayımlanan "Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib. K.Şahverdiyevin sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək: "Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən "Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”. Qeyd edək ki, iyunun 30-da "Space” televiziyasında efirə yayımlanan "Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR