Tanınmış iş adamının evində qətl hadisəsi oldu

img

30-06-2015 [12:28]


Bu gecə Qusar rayonunun Çiləgir kəndində qətl hadisəsi baş verib. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb.

Kənddə yerləşən evlərin birində Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyev ov silahından atılan güllə yarasından dünyasını dəyişib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, qətli 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev törədib. Hadisəni törədəndən sonra Eynulla Hacıyev hadisə yerindən qaçıb.

Hazırda polis qətli törətməkdə şübhəli bilinən Eynulla Hacıyevin axtarışlarına başlayıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, qətl hadisəsi baş verən ev tanınmış iş adamlarından birinə məxsus olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR