“On min manatadək kredit borcları ləğv edilsin”- Təklif

img

30-06-2015 [11:53]


Müsavat başqanı Arif Hacılı on min manatadək olan kredit borclarını ləğv edilməsi barədə təklif irəli sürüb.

Bu barədə sosial şəbəkədə yazan başqan bildirib ki, on min manatdan az olan kreditlərin ləğv olunacağı şayiəsi yayılıb: "Nədən olmasın?İqtisadi qanunlara, makroiqtisadi inkişaf prinsiplərinə ziddir. Amma hansı sahədə bu qanunlara, prinsiplərə əməl olunur?

Rentabelsiz bir yarışa milyardlar qoyulursa, bir diskotekaya 140 milyon xərclənirsə, milyarder Ledi Qaqaya 4 dəqiqəlik bir nəğməyə görə milyonlar verilirsə nədən bu əliaçıqlıq ölkə vətəndaşlarına da göstərilməsin?

Aydın məsələdir ki, on min manatadək kredit borcu olanlar əsasən əhalinin imkansız təbəqəsi, yaşamaq uğrunda mübarizədə olanlardır.

Pul ki, bu qədər çoxdur, belə ki, əliaçıq, səxavətlisiniz bu insanların da ümidlərini qırmayın, vətəndaşların on min manatadək kredit borclarını ləğv edin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR