SOCAR Rumıniyaya 50 milyon pul yatırır

img

29-06-2015 [14:25]


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın 2-3 il ərzində Rumıniyada yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirmək üçün 50 mln. avro investisiya yatıracaq.

Bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, SOCAR indiyədək Rumıniya iqtisadiyyatına 50 mln. avro yatırıb: "Hazırda SOCAR brendi altına Rumıniyada 32 ədəd YDM fəaliyyət göstərir. Bu ilin sonuna qədər Rumıniyada daha 3-4 YDM açacağıq. Gələn il ərzində isə daha 10 ədəd YDM-in açılması nəzərdə tutulur. Bu tendensiyanı 3-4 il müddətində davam etdirəcəyik. Bununla da, hər il ümumilikdə 10 YDM fəaliyyətə başlayacaq".

SOCAR rəsmisi qeyd edib ki, şirkət yerli bazarda böyük oyunçuya çevrilmək niyyətində deyil, ancaq YDM şaxələndirməsini davam etdirəcək.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR