Bağlanış mərasiminə əlavə bilet satılmayacaq

img

25-06-2015 [12:31]


Avropa Oyunlarının Bağlanış mərasimi üçün əlavə biletlər satılmayacaq.

AzVision.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib. O, qeyd edib ki, tədbirə maraq böyükdür:

"Amma bütün biletlərin satılması o deməkdir ki. bütün yerlər doludur. Buna görə, təəssüflər olsun ki, əlavə biletlər satılmayacaq. Eyni zamanda bu günün yarışlarına bütün biletlər satılıb”.

Onun sözlərinə görə, hazırda 3317 idmançı media kәndindәdir:

"Könüllülәr hәr gün yüksәk göstәricilәr nümayiş etdirir, hәr kәs onlara minnәtdardır. Bu gün әrzindә 21 medal dәsti öz sahibini tapacaq. Dünәn internet sәhifәmizә 6 milyon insan daxil olub. Bugünkü idman yarışlarına bütün biletlәr satılıb. Cüdo üzrә idman yarışları bu gün başlayacaq. Voleybol üzrә yarımfinal keçirilәcәk, Türkiyә vә Azәrbaycan qarşılaşacaq. Fantastik ab-hava olacaq. Sabah Azərbaycanda milli bayram olduğu üçün 29 min tamaşaçının yarışları izlәmәsini gözlәyirik”.

O həmçinin qeyd edib ki, sabah 28 minə yaxın tamaşaçının oyunlara baxmağa gələcəyi gözlənilir. 26 iyun Azərbaycan Sİlahlı Qüvvələr Günü - qeyri iş günü olduğundan tamaşaçıların əvvəlki günlərə nisbətən daha aktiv olacağı gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR