I Avropa Oyunlarına həsr edilən şokolad tablosu “Ginnesin rekordlar kitabı”na düşə bilər

img

24-06-2015 [15:10]


Nikolay Popovun müəllif sərgisində yer alan və I Avropa Oyunlarına həsr edilən şokolad tablosu "Ginnesin rekordlar kitabı”na düşə bilər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Avropa Oyunları ərəfəsində - mayın 15-də açılışı keçirilən "Nikolya şokolad muzeyi” sərgisini indiyədək 15 min insanın ziyarət edib.
 
Sərginin təşkilatçısı Andrey Leynin sözlərinə görə, təşkilatçılar dünyanın ən böyük şokolad tablosu haqda "Ginnesin rekordlar kitabı”na müraciət ediblər.
 
"Bakı-2015" şokolad tablosunun çəkisi 215 kiloqramdır.
 
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən şokolad sərgisi iyunun 28-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR