Azərbaycanlı müğənni İtalyan idmançı ilə yaxalandı - FOTOLAR

23-06-2015 [21:45]

I Avropa Oyunlarında İtaliya yığma komandasının güləş üzrə yığma komandasının üzvü Karmelo Lumiyanın azərbaycanlı xanımla səmimi fotoları yayılıb. 


Mia.az qizilpero.az saytına istinadən xəbər verir ki, idmançı Bakı bulvarında müğənni Səbinə Əskərova ilə yaxalanıb.


Fotolarda cütlüyün olduqca səmimi olduğu görünür. Eyni zamanda idmançı ilə müğənninin daha öncədən tanış olduqları və Bakıda görüşdükləri deyilir. Belə ki, cütlük "Instagram”da da ev şəraitində çəkilən səmimi fotolarını paylaşıblar.


Qeyd edək ki, kişilər arasında 74 kq sərbəst üsulla güləşdə Karmola Lumiya bolqarıstanlı həmkarına 1/4 finalda məğlub olaraq yarışdan kənarlanmışdı.







SON XƏBƏRLƏR