Bakı-2015: Boksçumuz yarımfinalda!

img

23-06-2015 [14:16]


"Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışlarının səkkizinci gününə qadın idmançıların mübarizəsi ilə start verilib.

Bakı-2015 çərcivəsində daha bir qadın boksçumuz yarımfinala adlayıb. Yarışlarda 51-54 kiloqram çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrovanı məğlub edib.  Görüş 3:0 hesabı ilə boksçumuzun xeyrinə nəticələnib.

Qeyd edək ki, arenada yarışmanı Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmilər də izləyiblər. 

Bu gün dörddəbir final mərhələsində 51-54, 57-60, 60-64 kiloqram çəki dərəcəsində qadın, 52, 60, 64, 69 və 91 kiloqram çəki dərəcələrində isə kişi boksçular mübarizə aparacaqlar.

Digər boksçularımız isə rinqə axşam saatlarında çıxacaqlar. Kişi boksçularımızdan isə Kollazo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) yarımfinala adlamaq üçün mübarizə aparacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR