Sambo yığmamız Avropa Oyunlarını 4 gümüşlə başa vurdu (VİDEO)

img

22-06-2015 [23:40]


Azərbaycan samboçusu Vasif Səfərbəyov finalda rusiayalı Artyom Osipenkoya (Rusiya) məğlub olub.

Apasport.az saytının məlumatına görə, 100 kq-dan artıq çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov  yarışa 1/4 finaldan başlayıb. Samboçumuz Bayro Maşoviçlə (Makedoniya) münasibətinə aydınlıq gətirib və asan qələbəyə sevinib - 8:0. Səfərbəyov yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla güləşib və rəqibində üstün olub.
 
O, finalda Artyom Osipenko (Rusiya) ilə münasibətinə aydınlıq gətirib. Vasif da komanda yoldaşları kimi çempion titulunu qazana bilməyib. Osipenka təmiz qələbə sayəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Beləliklə, Azərbaycanın sambo yığması Avropa Oyunlarını 4 gümüş medalla başa vurub
 
V.Səfərbəyovun qazandığı gümüş medal yığmamızın 39-cu mükafatı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR