Bakı - 2015: 2 qadın, 1 kişi boksçumuz qələbə qazandı

img

21-06-2015 [22:48]


Saat 15:30-da isə kişilər arasında 91 kq-da Əbdülqədir Abdullayev mübarizəyə qoşulub. Azərbaycanlı əlcək sahibinin rəqibi macarıstanlı Adam Hamoni olub. 

3 raundluq döyüşün yekununda Abdullayev 3:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib. 

Saat 20:30-da isə Kollaso Sotomayor (64 kq) moldovalı Dmitri Qalaqotla münasibətlərinə aydınlıq gətirəcək. 

Digər azərbaycanlı boksçu Xaybula Musalov isə saat 21:00-da rinqə çıxacaq. O, 75 kq-da fransalı Kristian Mbilli Assomo-Hallierlə görüşəcək.

15:00:00

Boksçularımız Avropa Oyunlarında daha bir qələbə qazanıblar.

ANS PRESS-in məlumatına görə, bu gün "Crustal Hall"da keçirilən yarışlarda rinqə ilk çıxan kişi boksçumuz Azərbaycanı yarım-orta çəkidə (69 kq) təmsil edən Pərviz Bağırov olub. Yarışlara 1/8 finaldan qoşulan idmançımız rəqibi Moldova boksçusu Vasili Belousla üz-üzə gəlib.

Pərviz Bağırov moldovalı rəqibini məğlu edərək növbəti mərhələyə vəsiqə əldə edib.

Xatırladaq ki, bu gün Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva ilk döyüşündə 1/8 finalda Finlandiya idmançısı Mira Potkonenlə qarşılaşıb və rəqibinə qalib gələrək 1/8 finala vəsiqə əldə edib.

14:14:00

"Baku Crystal Hall”da keçiirilən boks yarışlarında Azərbaycanın qadın boksçusu rəqibini məğlub edib.

ANS PRESS-in məlumatına görə, qadınlar arasındakı döyüş saat 13:30-da start götürüb. Yana Alekseyevna 57-60 kq çəki dərəcəsində finlandiyalı Mira Potkonenlə görüşüb. İdmançımız 3:0 hesabı ilə qələbə qazanıb. 

Beləliklə də, Yana dörddəbir finala keçib.



















Digər xəbərlər
SON XƏBƏRLƏR