Azərbaycan 31-ci medalı qazandı

img

20-06-2015 [18:29]




Bu gün "Bakı-2015" I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulacaq.

ANS PRESS-in məlumatına görə,komanda və fərdi çoxnövçülük yarışlarının ardından gimnastlar ayrı-ayrı hərəkətlərdə ən güclüləri müəyyənləşdirir. Milli Gimnastika Arenasında ümumilikdə 10 dəst medal sahibini tapacaq. Qadınlar 4, kişilər 6 hərəkətdə çıxış edir.

Hər yarışda 6 idmançı qüvvəsini sınayır. Mükafatlar uğrunda Azərbaycan gimnastı Oleq Stepko da mübarizə aparır. Komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz bu gün daha 4 mükafat uğrunda yarışır. Belə ki, Oleq 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda da qüvvəsini sınayır. Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatdı.

Gimnastımzıla yanaşı, ilk "üçlük”də sloveniyalı Saso Bartonsel (14,966), böyük britaniyalı Brinn Bevan (14,200) yer alıb. Həlqələrdə hərəkətlər isə saat 17:24-də başlayacaq. Təmsilçimiz çıxışını 5-ci sırada yerinə yetirəcək. Dayaqla tullanmada isə ilk çıxış edən idmançımız olacaq. O, saat 17:51-də başlayacaq yarışda da mükafat qazanmağa çalışacaq. Saat 18:52-də paralel qollarda yarışa start veriləcək. Stepko Avropa Oyunlarındakı son çıxışını yerinə yetirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub