Prezident iki idmançımıza qızıl medal təqdim etdi - FOTOLAR

img

17-06-2015 [22:13]



Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanın hesabına 10-cu qızıl, ümumilikdə isə 22-ci mükafatı sərbəst güləşçi Xetaq Qazyumov yazdırıb.  97 kq çəki dərəcəsində yarışan idmançımız bütün rəqiblərinə qalib gələrək, növbəti çempionumuz olub.
 
Finalda gürcüstanlı Elizbar Odikadze ilə qarşılaşan Qazyumov 3:1 hesablı qələbə qazanıb. Nəticədə Avropa və dünya çempionumuz ilk Avropa Oyunlarını da çempion kimi başa vurub.

Daha bir çempion güləşçimizi prezident mükafatlandırdı - FOTOLAR

 
Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva canlı izləyib. Toğrul Əsgərov kimi, Qazyumova da qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib..

Bu gün Prezident İlham Əliyevin izlədiyi sərbəst güləşçilərin mübarizəsində daha bir qızıl medalı sərbəst güləşçi Toğrul Əsgərov qazanıb.

Finalda italiyalı idmançı Frank Kamizo Marqueslə qarşılaşan Əsgərov xalçanı qalib kimi tərk edib. Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva canlı izləyib.
 
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Toğrula qızıl medalı İlham Əliyev təqdim edib. Daha sonra isə himn sədaları altında dövlət bayrağımız dalğalanıb.
Toğrul Əsgərova qızıl medalı İlham Əliyev təqdim etdi - VİDEO, FOTOSESSİYA

 
Qeyd edək ki, bununla, Azərbaycan millisinin Bakı-2015-də qazandığı qızıl medalların sayı 9-a çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR