Daşınmaz əmlak və torpaq sahələri ilə bağlı yeni Fərman verildi

img

17-06-2015 [21:57]


Bu gün Prezident İlham Əliyev "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və "Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə" Fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən aşağıdakı qərar verilib: 

1. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsviri təsdiq edilsin (əlavə olunur).

2. "Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1.Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;

3.4.daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın
dövlət reyestrində qeydiyyata alınarkən texniki sənədlərin tərtib edilməsini nəzərdə tutan
qanunvericilik aktı layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.

3.5.bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Fərman 2015-ci il iyulun 1-dən qüvvəyə minir.

Digər xəbərlər
SON XƏBƏRLƏR