Toğrul Əsgərov 1/4 finalda-Yenilənir

img

17-06-2015 [11:35]


Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarına start verilir.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışlarda xalça üzərinə ölkəmizin 4 güləşçisi çıxacaq. Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə güləşçilərimiz mübarizəyə başlayacaq.

57 kq
1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (Fransa)

65 kq
1/16 final - İlyas Bekbulatov (Rusiya) - Toğrul Əsgərov

74 kq
1/8 final - Mihaly Nagy (Macarıstan) - Cəbrayıl Həsənov

97 kq
1/16 final - Radoslav Baran (Polşa) - Xetaq Qazyumov

***
Toğrul Əsgərov rusiyalı İlias Bekbulatovla mübarizəyə başlayıb və hazırda həmyerlimiz qalib gəlir. Əsgərov 8-7 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

***

97 kq mübarizə aparan güləşçimiz Xetaq Qazyumov hazırda 1/16 finalda Radoslav Baran (Polşa) qarşılaşıb. Birinci hissədən sonra güləşçimiz 6:0 öndə olub.

İkinci hissədə də 4 xal qazanan güləşçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

***

57 kq çəki dərəcəsində 1/8 final mərhələsində mübarizə aparan Yaşar Əliyev fransalı El Ourraqe Zoheir ilə üz-üzə gəlib. Həmyerlimiz 9-4 hesabı hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə çıxdı.

***

65 kq çəki dərəcəsində Toğrul Əsgərov 1/8 final mərhələsinin görüşünə çıxıb. O, moldovalı Mihail Sava ilə qarşılaşıb və idmançımız 10-0 təmiz qələbə qazanıb.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan kişi yunan-Roma güləşçilərimiz 6 medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərimiz isə 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR