Bakı-2015: Yığmamız Serbiyaya qarşı (CANLI YAYIM)

img

16-06-2015 [23:24]


Kişi voleybolçular Bakı-2015 I Avropa Oyunlarında bu gün növbəti matçlarını keçirəcəklər. Apasport.az saytının məlumatına görə, II turda Azərbaycan yığması da meydana çıxacaq.
 
A qrupunda yer alan komandamız Bakı Kristal Zalında Serbiya ilə qarşılaşacaq. Yığmamız ilk turda Finlandiyaya tay-brekdə uduzmuşdusa, serblər Türkiyəyə "quru hesab”la məğlub olmuşdular. Bülənt Karslıoğlunun yetirmələri bu dəfə qrupun autsayderini mütləq məğlub etməlidi.
 
Millimizin yer aldığı qrupda Türkiyə - Polşa qarşılaşmasına da böyük maraq olacağı gözlənilir. Çünki hər iki komanda ilk turda rəqibinə qalib gəlmişdi.
 
B qrupunda maraqlı vəziyyət yaranıb. Belə ki, ilk turdan qalib ayrılan komandalar məğlubları sınağa çəkəcəklər. Onlar arasında Rusiya – Belçika görüşünü xüsusi vurğulamaq lazımdı. Ruslarla yanaşı, Slovakiya və Bolqarıstan da növbəti qələbələrini qazanmağa çalışacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR