Azərbaycanın iki karateçisi də yarımfinala vəsiqə qazandı

img

14-06-2015 [15:58]


"Bakı 2015" I Avropa Oyunlarında karate üzrə yarımfinalçılar müəyyənləşib. "Report"un məlumatına görə, Azərbaycanın 2 idmançısı yarımfinala vəsiqə qazanıb.

Kumite növü üzrə 84 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev qrup ikincisi olaraq yarımfinala yüksəlib. O, seçmə mərhələdə əvvəlcə yunanıstanlı Georgios Michael Tzanosla sülh bağlayıb - 0:0. 

Daha sonra ukraynalı Yaroslav Horunanı 6:3 və farnsalı Kenyi Qrillonu 6:1 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi kosovalı Karaqi Alvin olacaq.

+84 çəki dərəcəsində döyüşən Şahin Atamov isə Oyunlarda mübarizəni dayandırıb. O, türkiyəli Enes Erkana 10:1 hesabı ilə məğlub olub. Ardınca makedoniyalı Martin Nestorovskiyə 5:3 hesabı ilə uduzan Atamov yunanıstanlı Spiridon Marqaritopoulosla da döyüşdən məğlub ayrılıb - 0:2.

Qadınların kumite yarışında 68 kq çəki dərəcəsində döyüşən İrina Zaretska mübarizəni yarımfinalda davam etdirəcək. Seçmə mərhələdə iki rəqibinə - ispaniyalı Kristina Vizcaynoya 6:1 və yunanıstanlı Vasiliki Panetsidouya 1:0 hesabı ilə qalib gələn Zaretska avstriyalı Alisa Teresa Buçingerə 0:4 hesabı ilə məğlub olub. 

Nəticədə Azərbaycan karateçisi qrupda 2-ci yeri tutub. Onun yarımfinaldakı rəqibi Monteneqro idmançısı Marina Rakoviç olacaq.

+68 kq çəki dərəcəsində kumite növü üzrə mübarizə aparan qadın karateçi Aytən Səmədli keçirdiyi hər 3 görüşü məğlubiyyətlə başa vurub. 

O, xorvatiyalı Masa Martinoviçə 1:2, fransalı Nadeqe Ait İbrahimə 0:5 və isveçli Hana Antunoviçə 1:9 hesabı ilə məğlub olaraq qrupun son pilləsində qərarlaşıb.

Qeyd edək ki, İrina Zaretska saat 15:58-də, Ayxan Mamayev isə 16:26-da döşək üzərinə çıxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR