Karateçilərimizin uğursuz günü (FOTOLAR)

img

14-06-2015 [12:10]


"Bakı-2015” birinci Avropa Oyunlarında karate üzrə mübarizənin ikinci günü idmançılarımız üçün uğursuz olub. 

Mia.az AzerTac-a istinadən xəbər verir ki, iyunun 14-də "Baku Crystal Hall”da keçirilən idmanın bu növünün kata yarışlarında Azərbaycanın bir kişi və bir qadın idmançısı mübarizə aparır.

Kişi idmançımız Tural Balcanlı ilk yarışda türkiyəli atlet Mehmet Yakana 0:5 hesabı ilə məğlub olub. İkinci yarışda fransalı Min Dak Azərbaycan idmançısına 5:0 hesabı ilə qalib gəlib.

Azərbaycanın qadın idmançısı Adilə Qurbanova isə ilk görüşündə almaniyalı Jasmin Bleula 0:5 hesabı ilə uduzub. Adilə Qurbanova ikinci yarışında türkiyəli atlet Dilarə Bozana 5:0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, iyunun 13-də Bakıda I Avropa Oyunları çərçivəsində keçirilən yarışlar Azərbaycan üçün uğurlu oldu. Azərbaycan qazanılan medallara görə, siyahıda İsveçrədən sonra ikinci yerdə qərarlaşıb.

Buna baxmayaraq Azərbaycan meedalların ümumi sayına görə İsveçrəni qabaqlayır. Belə ki, idmançılarımız 7 medal əldə etdiyi halda isveçrəlilər 6 medal qazanıb. Kişilər arasında olan yarışlarda isə Azərbaycan reytinq cədvəlinə başçılıq edir.

Ümimilikdə isə Avropanın 50 iştirakçı ölkəsindən 17-si medal əldə edə bilib.

Mia.az  yarışdan fotoları təqdim edir:














Digər xəbərlər
SON XƏBƏRLƏR