I Avropa Oyunları: İlk gün Azərbaycan 7 medal qazandı

img

14-06-2015 [01:10]


"Bakı 2015" I Avropa Oyunlarında ikinci yarış günü ilk medallar sahiblərini tapıb. 
 
Bu gün 4 növ üzrə 13 dəst medal qazanılıb. Onlara Avropanın 50 iştirakçı ölkəsindən 17-si yiyələnib. Azərbaycan günü 7 medalla - 3 qızıl, 1 gümüş, 3 bürünclə başa vurub. Bu göstəricidə ölkəmiz medal sayında birinci, medal əyarında isə ikinci olub. Medal əyarında birinci yeri isə 3 qızıl, 2 gümüş, 1 bürünc medal əldə edən İsveçrə tutub(Report)

Digər xəbərlər
SON XƏBƏRLƏR