Güləşçimiz erməniyə qalib gəldi, bürünc medal qazandı

img

13-06-2015 [20:34]




59 kq çəki dərəcəsində Elman Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Rəqibini 5:3 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələdə norveçli Stiq-Andre Berqe ilə üz-üzə gəlib. 7:6 hesabı ilə qalib gələn idmançımız yarımfinala çıxıb. 

O, yarımfinalda Rusiyanın təmsil edən erməni əsilli Stepan Maranyanla qarşılaşın və 3:11 hesabı ilə məğlub olub.  E.Muxtarov bürünc medal uğrunda mübarizəni davam etdirəcək. O, 3-cü yer uğrunda döyüşdə ermənistanlı Roman Amoyanla güləşib. 9:1 hesabı ilə qalib gələn idmançımız bürünc medal qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR