Azərbaycanlı karateçi bürünc medal qazanıb -FOTO

img

13-06-2015 [20:04]


Azərbaycanın 67 kq çəkidə karate yığmasının üzvü Niyazi Əliyev bürünc medal qazanıb.

APA-nın məlumatına görə, o, bürünc medal uğrunda görüşdə almaniyalı Rikardo Gieglerlə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
  
Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmasını 2:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib. 
 
O, yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə)  görüşdə 1:4 məğlub olub. 

Azərbaycanlı karateçi Niyazi Əliyev bürünc medal qazanıb

Digər xəbərlər
SON XƏBƏRLƏR