Bakı-2015: Fərzəliyev Azərbaycana qızıl medalı qazandırdı

img

13-06-2015 [19:54]


Bu gün "Bakı-2015” I Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.
 
İlk yarış günündə 6 dəst medal uğrunda mübarizə aparılıb.
 
İdmançılarımız Kumite növü üzrə bütün çəki dərəcələrində təmsil olunub.
 
İlk olaraq  tatamiyə çıxan Firdovsi Fərzəliyevin rəqibi  ispaniyalı Matias Qomes Qarsiya olub. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin  növbəti görüşdə rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz bu dəfə inamlı təsir bağışlayıb və rəibinə qalib gəlib - 4:2. 
 
Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb. Bu rəqibini 6:0 hesabı ilə üstələyən  Fərzəliyev qrup qalibi kimi mərhələ  adlayıb. O, yarımfinalda  moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. İdmançımız bu dəfə də ümidləri doğruldub. O, 2:4 hesabı ilə geri düşsə də, sonda qələbə qazanmağı bacarıb. Bununla da o, finala yüksəlib. Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə qarşılaşıb.
 
Rəqibinə 4:0 hesabı ilə qalib gələn F.Fərzəliyev yığmamıza ilk qızıl medalı qazandırıb. (Qol.Az)

Digər xəbərlər
SON XƏBƏRLƏR