“Kurtlar Vadisi”nin aktyoru Bakıya film çəkilişinə gəlir

img

08-06-2015 [17:03]


Azərbaycan izləyicilərinin "Kurtlar Vadisi Pusu” filmindən tanıdığı İstihbarat müdiri rolunun ifaçısı Emin Ersin Sevindik yaxın günlərdə Bakıya gələcək. Bu barədə məlumatı Xeberle.com-a onun Azərbaycandakı meneceri Aynur Zakirqızı söyləyib. Emin Ersin tək "Kurtlar Vadisi”ndə deyil, bir çox seriallarda və bədii filmlərdə yaddaqalan obrazlar canlandıraraq tamaşaçıların sevgisini qazanmışdır. "Hanımın ciftliyi”, "Beyaz gelincik”, "Tövbeler tövbesi”, "Suskunlar”, "Arka sokaklar”, "Oyle bir gecer zaman ki”, "Adını Feriha koydum” və sair bu kimi filmlərdə rol alan bu xarizmatik aktyor oynadığı obrazlarla tamaşaçıya özünü sevdirməyi bacarıb. E.Ersin eyni zamanda Türkiyədə bir çox tanınan aktyor və aktrisalara ustad dərsləri də verməkdədir...

39 yaşlı aktyor ssenarisi özünə məxsus olan bir çox komedik rollar da canlandırıb. "Kurtlar Vadisi”ndən öldürülərək ayrılan aktyora filmə yenidin qayıtmaq üçün çoxsaylı təkliflər gəlmişdi. Ehtimal olunur ki, bu filmin növbəti seriyalarında aktyoru yeniden görə biləcəyik.
"Aktyorun Bakıya gəlişinin məqsəsi isə yaradıcılıqla bağlı olsa da, eyni zamanda Bakını gəzmək, buradakı fanatlarıyla görüşməkdir. Hazırda Emin rol aldığı 2 yeni filmin çəkilişlərinə başlayacaq. Onlardan birini - ssenarisi özünə məxsus olan komediya filminin çəkilişlərinə Türkiyədə başlanılsa da, aktyor onu Azərbaycanda tamamlamağı düşünür. Digər 2-ci film isə "Kurtlar Vadisi Pusu" mövzusundadır və sırf Azərbaycanla bağlıdır. Təbii ki, qarşılıqlı razılaşma olarsa", - deyə Aynur Zakirqızı bildirib.
Filmin adı "Kod adi şalvar - parola uçkur”dur. Baş rolları Emin Ersin Sevindik, Alper Ünalmış, Kuzey Erkan Sevindik, İzzet Çivril və sair aktyorlar ifa edirlər.

Bu filmin müştərək şəkildə çəkilişi nəzərdə tutulub. Filmə "Kurtlar Vadisi Pusu" filmindən məşhur simalar da dəvət olunacaq. Emin Ersin Bakıda olduğu müddətdə bir çox TV proqramların da qonağı olmağı düşünür və bu zaman o, öz layihələri barədə geniş məlumat verəcək.
Elmir Ağayev
Xeberle.com




Digər xəbərlər
SON XƏBƏRLƏR