“Bakı-2015”in medalları belə olacaq - Foto

img

06-06-2015 [01:06]


12-28 uyun aralığında Bakıda keçiriləcək I Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır. Modern.az saytı I Avropa Oyunları Əməliyyat Komitəsinə istinadən xəbər verir ki, mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı "Bakı-2015”in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək. 

Medalları "Azərsuvenir" şirkəti Bakıda hazırlayıb. Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı "Bakı-2015”in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində "Bakı-2015”in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.

Birinci Avropa Oyunlarında 6 min idmançı 20 idman növü üzrə yarışacaq.

"Bakı-2015”in medallarının təsvirini təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR