“Baku 2015” Olimpiya Stadionunda sınaq tədbiri keçirir

img

03-06-2015 [11:56]


Baku 2015 12 iyun tarixində başlayacaq Avropa Oyunlarından öncə hazırlıqların bir hissəsi kimi şənbə günü, 6 iyun tarixində Olimpiya Staionunda keçiriləcək sınaq tədbirinə ev sahibliyi edəcək.

İctimaiyyət üçün bağlı olacaq bu yarış axşam saat 08:00-da başlayacaq.Olimpiya Stadionunun yaxınlığından maşınla keçmək istəyən şəxslərə bildirilir ki, Heydər Əliyev prospektinin Babək yol qovşağından Sabunçu yol qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan gecə saat 02:00-a kimi ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Həmçinin, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi ümumi nəqliyyatın hərəkətinə 6 iyun tarixində axşam saat 16:00-dan gecə saat 02:00-a kimi bağlı olacaq.

Şəhər sakinlərindən avtobus və metro stansiyalarında həmin gün sərnişin sıxlığının olacağını nəzərə almaları xahiş olunur.6 iyun və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur::

Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (www.mot.gov.az),

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (www.dyp.gov.az) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;

Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (www.facebook.com/niim.gov.az) də daxil olmaqla, NİİM-in məlumat kanalları


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub