FIFA prezidenti istefa verdi

img

02-06-2015 [22:47]


FIFA prezidenti Yozef Blatter istefa verib.

Bu barədə Blatter xüsusi keçirilən mətbuat konfransında açıqlama verib.

Blatter FİFA-ya böyük önəm verdiyini futbol üçün əlindən gələni etdiyini bildirib.

"Qərar verdim ki, getmək lazımdır. Seçkilər bitdi, lakin problemlər bitmədi. FİFA-da dəyişikliklər edilməlidi. Burada mənə mandat verilsə də, qurumun digər üzvləri bunu dəstəkləmədi. Ona görə də xələfimin seçilməsi üçün tezliklə xüsusi konqres çağırılmasını xahiş edirəm", - deyə, Blatter bildirib.



Xatırladaq ki, Yozef Blatter mayın 29-da beşinci müddətə FİFA prezidenti seçilib. O, təşkilata 1998-ci ildən rəhbərlik edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR