Avropa Oyunlarının Məşəl Səfərinin Bakıdakı marşrutu açıqlanıb

img

02-06-2015 [18:16]




Bakı 2015 birinci Avropa Oyunlarının Məşəl Səfərinin 12 iyun tarixində keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl 7-10 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərindən keçəcəyi marşrutu bugün açıqlayıb.

Bakı 2015 Məşəli 26 aprel tarixində müqəddəs Atəşgah məbədində alovlandırılıb. Məşəl həmin vaxtdan etibarən Avropa Oyunları ismarıcını yayaraq və bütün əhalini təntənəli yarışlar ərəfəsində cəlb edərək Azərbaycanın bütün bölgələrinə səfər edib. Məşəl Bakıya gətirilməzdən əvvəl ölkənin 60 bölgəsinə səfər etmiş olacaq və alov festivalı keçirilən şəhərə bir saatlıq məsafədə yerləşməklə bölgə əhalisinin 99%-nə göstəriləcək.

* Məşəl bazar günü, 7 iyun tarixində yenidən qurulmuş Ağ Şəhər Bulvarına, Neftçilər Prospektinə və Bayraq Meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslubda Bakıya gətiriləcək və nəhayət Bakıda qalacağı bir gecəlik müddətdə Qız Qalasına gətiriləcək.

* Məşəl bazar ertəsi, 8 iyun tarixində Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara daxildir: Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkı.

* Bakı 2015 Məşəli çərşənbə axşamı, 9 iyun tarixində bir çox tarixi önəmli binalara aparılaraq UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən gözəl İçərişəhərə səyahət edəcək. Buraya UNESCO-nun Azərbaycanın arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayı daxildir.

* Məşəlin növbəti səfəri çərşənbə günü 10 iyun tarixində Bakının mədəniyyət və memarlıq obyektlərinə, məsələn, Nizami küçəsinə, Fəvvarələr Meydanına, Qış Parkına, Filarmoniya Parkına və nəhayət Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka ediləcək.

* Bakı 2015 Məşəli cümə axşamı, 11 iyun tarixində final vaxt üçün Qız Qalasından götürüləcək və 12 iyun tarixində Açılış Mərasiminin keçiriləcəyi Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına aparılacaq.

Azərbaycanın Gənclər və İdman Naziri və Bakı 2015-in İcraçı Direktoru cənab Azad Rəhimov deyib: Məşəlin Səfəri bütün ölkədə azərbaycanlıların ürəyinə Bakı 2015 ruhunu gətirib. Bu, Azərbaycan üçün həlledici an olmazdan öncə sevinc və həyəcan yaradaraq Bakı ictimaiyyətini birinci Avropa Oyunlarının sehrinə cəlb edəcək.

İdman üzrə göstərilən xidmətləri və yerli təşkilatlar üçün öz vacibliyi ilə seçilən 1000-dən çox məşəlçi Avropa Oyunları Məşəlinin daşınması şərəfinə nail olublar.

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Simon Kleq deyib: Ev sahibliyi edəcək gözəl Bakı şəhərimiz bu yeni qitə miqyaslı tədbirin təşkilatçısı kimi bütün imkanlara qadirdir. İnsanlardakı coşğu və enerji, birinci Avropa Oyunlarına olan istəkləri Məşəl Səfəri zamanı baş tutacaq şənliklərlə yadda qalacaq.

Bakı 2015-in mərasimlər üzrə direktoru xanım Katerina Uqvu deyib: Bakıda keçiriləcək Məşəl Səfəri yerli əhalini Oyunlara cəlb etmək və Açılış Mərasimindən əvvəl Bakının əlindən gələni etdiyini bütün dünyaya nümayiş etdirmək üçün çox yaxşı üsuldur. Biz təntənəli Avropa Oyunlarının yaradıcı aspektlərinin, o cümlədən baxımlı Mərasimlərin Azərbaycanda və onun hüdudlarından kənarda Bakı 2015 idmançılarının təsvirini yaratmasına çalışırıq. Məşəl Səfəri bu təşəbbüsün əsas hissəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR