Səbail məktəbliləri futbol turnirinin qalibi olub

img

02-06-2015 [14:34]


«Bayıl» stadionunda futbol üzrə "Coca-Cola məktəbli kuboku” turnirinin 9-cu siniflər üzrə final oyunu keçirilib.

Mia-.aza daxil olan məlumata görə, gərgin keçən final oyununda Səbail rayonundakı 163 nömrəli orta məktəbin komandası Şəki şəhər 7 nömrəli orta məktəbin kollektivinə 10:0 hesabı ilə qalib gəlib.

Qalib komandaya mükafatları AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, marketinq və reklamlar şöbəsinin müdiri Cavid Qarayev təqdim ediblər.

Qeyd edək ki, 163 nömrəli orta məktəbin futbol komandası bu turnirin müxəlif yaş kateqoriyaları üzrə keçirilən turnirlərinin fəal iştirakçısıdır və dəfələrlə qalib və mükafatçılar sırasında olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR