REAL Hərəkatının lideri Zakir Qaralova məktub yazdı

img

28-05-2015 [12:38]


Hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədov baş prokuror Zakir Qaralova məktub göndərib.

"Turan" bildirir ki, REAL lideri məktubunda bəzi hakimlərə qarşı cinayət işi qaldırılmasını tələb edib: "Cinayət-Prosessual Məcəllənin 204-cü maddəsinə uyğun olaraq, yazılı şəkildə Sizi, yəni Baş prokuroru, məlumatlandırıram ki, Nəsimi Rayon Məhkəməsinin 4 fevral, 12 və 14 mart, 8 aprel, 15 may və 14 avqust 2013-cü il, Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 8 fevral, 19 və 27 mart, 15 aprel, 27 may və 20 avqust 2013-cü il tarixli qərarlarını çıxarmaqla hakimlər mənə qarşı cinayət törədib. Həmin hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat vermənizi cinayətə məruz qalmış bir vətəndaş olaraq Sizdən istəyirəm”.

Xatırladaq ki, REAL Hərəkatının lideri İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs edilib. Məhkəmə 2014-cü il martın 17-də Məmmədovu kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR