Keçmiş deputat və ekspertlər ADİU-da!

img

27-05-2015 [18:30]



Bu gün təhsil üzrə ekspertlər və QHT nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaz imtahan sessiyasinin gedişini izləyiblər.

Universitetdən Mia.az-a verilən məlumata görə, prosesdə əməkdar elm xadimi, professor, təhsil üzrə ekspert Şahlar Əsgərov, "XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov və Sosial Təşəbbüslərə Dəstək İctimai birliyinin sədri Hüseyn İbrahimov iştirak ediblər.

Professor Şahlar Əsgərov deyib ki, ADİU-da imtahan prosesi çox proqressiv və lideral dəyərlər istiqamətində təşkil edilib. İstər test, istərsə də yazılı imtahanlarda tətbiq edilən yenilikləri müsbət dəyərləndirən professor, tələbələrin çox sərbəst olduqlarına diqqət çəkib: 

"Onlara imtahan prosesi ilə bağlı suallar verdim, sistemdən çox məmnun idilər”.

"XXI əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev bildirdi ki, biz ali məktəb sistemlərini tədqiq edərkən görürük ki, dünyanın bir çox ölkələrində İqtisadiyyat sahəsində Ali məktəblər və Tədqiqat mərkəzləri aparıcı mövqe tuturlar: "Çünki güclü dövlət və cəmiyyət daha çox iqtisadiyyat elminin uğurlarına söykənir. Yüksək səviyyəli kadrların hazırlanması üçün mütləq yaxşı iqtisadiyyat məktəbi lazımdır. ADİU-da təkcə tədris yox, həm də elmin inkişafına böyük diqqət yetirilir.

Tələbələrlə söhbət edərkən, gördük ki,onlar imtahan prosesinin şəffaflığını yüksək qiymətləndirirlər. İmtahan zallarındakı müşahidələrimiz bizə onu söyləməyə

əsas verir ki, tətbiq edilən yeni imtahan sistemi, eyni zamanda yazılı imtahanların təşkili, həmçinin nəzarət mexanizmi tələbələrin uğurlu nəticələr göstərmələrinə imkan yaradır”.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ADİU-da tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, elmi mühitin gücləndirilməsi, tələbə-müəllim münasibətlərinin yaxşılaşdırılması haqqında müsbət fikirlər səsləndirdi: "Əminəm ki, ADİU-nun artan elm və təhsil potensialı hesabına Azərbaycanda böyük iqtisadiyyat məktəbləri yaradılacaq. Bu ali məktəbdə imtahan prosessindəki şəfafflıq məni qane etdi. ADİU-nun tədris və imtahan təcrübəsi öyrənilməli və bu təcrübənin digər ali məktəblərə də tətbiqinə çalışılmalıdır”.

İnternet Forumunun prezidenti Osman Gündüz ADİU-da aparılan innovasiyaları yüksək qiymətləndirib. Test imtahanlarında istifadə edilən "Promotey” proqramının çevikliyini, keyfiyyətini və təhlükəsizliyini xüsusi vurğulayan O.Gündüz bu metodun digər universitetlərdə də tətbiqinin vacibliyini qeyd edib.

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov təhsil sistemindəki yeniliklərin Azərbaycanın gələcəyinə hesablanmış islahatlar olduğunu vurğulayıb. Eyni zamanda ADİU-ya gənc müəllimlərin cəlb olunmasını da yüksək qiymətləndirən İ.Orucov, bu qərarın xaricdə təhsil alan gənclərin vətənə qayıtmaları üçün stimul olacağını qeyd edib: "Yenilikləri gənclik gətirəcək. Qocaman elm xadimlərinin təcrübəsindən yararlanmaqla, gənclərin önə çəkilməsi çox vacıbdır”.

sahlar-esgerov.JPG


Digər xəbərlər
SON XƏBƏRLƏR